Bir qadın var gözlərimdən uzaqda | Qadınlara aid şeir

 

Bir qadın var gözlərimin önündə,
Gecə-gündüz xəyalıma dolaşır.
Həm gözəldi həm də zərif, incədi,
Baxmaq olar, gözlərimə yaraşır.


Bir qadın var gözlərimin önündə,
Quru cismi torpağın altındadı.
Ruhu mənlə söhbət edir, danışır,
Gözəlliyi göylərin qatındadı.


Bir qadın var gözlərimdən uzaqda,
Daşının da qayğısına qalıram.
Gözlərimdən uzaqda olduğuna,
Gözlərimlə onu yada salıram.

Şeir: Bir qadin var gözlərimdən uzaqda 
Müəllif: Nizami Bayramlı
BAX:
 Sevgi Şeirləri 

Bir qadin var gözlərimdən uzaqda | Qadınlara aid şeir qadin seiri

 

0 şərh